Qazaxıstanda 21 nəfər öldü - qızılcadan
23.01.2020
Qazaxıstanda 2019-cu ildə 21 nəfər qızılcanın qurbanı olub.
Xəbər verildiyi kimi, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Jandarbek Bekşin brifinq zamanı deyib.
O bildirib ki, xəstəlikdən ölənlərin 19 nəfəri uşaq olub.
Nazirlik nümayəndəsinin sözlərinə əsasən, ölənlər qızılcadan peyvənd olmayıblar.
Qeyd olunur ki, ölkədə qızılcaya qarşı peyvəndin aparılması üçün 2 milyondan çox vaksin əldə olunub.