İsrail səfiri Türkiyə XİN-ə çağırıldı - TƏCİLİ
15.05.2018
İsrailin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.
"Dövran Media" xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb kimi Qəzza zolağında yaşanan qanlı hadisələr göstərilib.
Xatırladaq ki, ötən gün Qəzza zolağında baş verən qanlı hadisələr zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 61 fələstinli həlak olub.