GLORİA Fransanı vurdu
23.01.2020
Fransanın cənubuna doğru irəliləyən Gloria fırtınasının səbəb olduğu güclü yağışlar nəticəsində daşqınlar meydana gəlib.
İspaniyada 8 nəfərin ölümünə səbəb olan Gloria fırtınası Fransanın cənub-qərbinə irəliləyib. Pyrenees-Orientales və Aude bölgələrində 3 gün davamlı yağan yağış nəticəsində küçələr su altında qalıb. Bölgələrdə qırmızı həyəcan siqnalı verilsə də, həftə boyu təsirli olacaq fırtına səbəb ola biləcək sel fəlakətinə qarşı sahil və kanal mühitində ehtiyat tədbirləri görülüb.
Çaylarda daşqınlar baş verdiyindən rəsmilər xalqı ehtiyatlı olmağa çağırıblar. Bölgədə istifadəyə verilən 350 yanğınsöndürən maşınının hazır vəziyyətə gətirildiyi və çaydakı suyun səviyyəsinin mütəmadi olaraq yoxlandığı bildirilir.