Rüşvət görüntüsü yayılan polis vəfat edib - AÇIQLAMA
23.01.2020
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Axar.az-a deyib ki, faktla bağlı araşdırmalar aparılıb.
"Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.