21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Polad Bülbüloğlunun 75, Mixail Qusmanın 70 illik yubileyləri

22.01.2020

Yanvarın 22-də Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlunun 75 illik və həmyerlimiz, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusmanın 70 illik yubileyləri ərəfəsində Moskvada "Dostlar məclisi” ("Вечер для друзей") adlı konsert olacaq.

Moskva Myuzikl Teatrında baş tutacaq gecə barədə Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "Rossiyskaya qazeta” nəşrindəki məqaləsində məlumat verib. Bildirib ki, tədbirin qəhrəmanları – Polad Bülbüloğlu, Mixail Qusman və Yuli Qusman doğma şəhərləri, əfsanəvi Bakını vəsf edəcəklər. M.Şvıdkoy yazır: "Xəzərin sahilində yerləşən bu dahi beynəlmiləl şəhər dünyaya xeyli gözəl və istedadlı insanlar bəxş edib. Onlar özlərini hər zaman bakılı adlandırırlar. Mən bu şəhərə xüsusi münasibətim gizlətmirəm. Mən bu şəhər haqqında gəlini Bakıda doğulmuş bir quda kimi də yazıram”.

M.Şvıdkoy yazır ki, Bakı və Moskva şəhərlərinin gecənin qəhrəmanlarının taleyində məxsusi rolu var. Mixail Qusman Moskvaya 1986-cı ildə gəlib və indi Rusiya jurnalistikasının ulduzlarındandır. Polad Bülbüloğlu gənc bəstəkar kimi məhz Rusiya paytaxtında məşhurlaşıb: "Ancaq hər ikisi, hansı yüksəkliklərə qalxsalar, hansı vəzifələri tutsalar da, doğulduqları torpaqla əlaqələrini heç zaman kəsməyiblər. Bakı onlara güc verən, yaradıcılıq və həyat eşqi bəxş edən cazibə qüvvəsi olub”.

Müəllif xatırladır ki, Polad Bülbüloğlu keçmiş SSRİ məkanında ilk addımlarını 1960-cı illərdə Ümumittifaq radiosunun redaksiyasında atıb. Sonradan o, 2006-cı ildə Moskvaya fövqəladə və səlahiyyətli səfir təyin edilib: "Bir dədə MDB mədəniyyət nazirlərinin Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşündə mən Poladın ən yaxşı və təcrübəli nazir olduğunu deməyə cəsarət etdim. Heydər Əliyev bu fikrimə gülümsəyərək belə cavab verdi: "Düşünürəm ki, mən onu hələ rəndələyirəm...”. "Deməli, sizin mədəniyyət naziri dünyanın ən "rəndələnmiş” naziri olacaq”, - deyə fikrimi söylədim. İlham Əliyev Poladı nahaq yerə Moskvaya səfir təyin etməyib. Hələ yaradıcılığı dövründə və nazir olduğu vaxtlarda o, Moskvada çox qapıları və ürəkləri inamla açırdı... Polad Bülbüloğlu həm musiqidə, həm diplomatiyada, həm də dotluqda istedadlıdır”.

M.Şvıdkoy Polad Bülbüloğlunun dahi Bülbülün oğlu olduğunu, böyük sənətkarlar Üzeyir Hacıbəyli və Dmitri Şastokoviçin tələbəsi Qara Qarayevin yetirməsi olduğunu xüsusi diqqətə çatdırıb. "1960-cı illərdə Bakı mühiti yaradıcılıq enerjisinin aşıb-daşmasına şərait yaradırdı və Polad Vaqif Mustafazadənin caz sahəsində etdiklərini estradada həyata keçirdi. Onlar muğamı ən yeni hormoniya və ritmlərdə təqdim edərək, ənənələrə və müasirliyə calanan qeyri-adi zəngin musiqi yartdılar. Eyni zamanda, Polad bütün ömrü boyu simfonik orkestr üçün əsərlər, balet musiqisi, görkəmli instrumentalistlər üçün musiqi yazıb...Əminəm ki, onun atasının şərəfinə Murtuza adlandırdığı, dirijor sənətinin incəliklərinə yiyələnən kiçik oğlu Murtuza atasının musiqisini yaşadacaq”.