Qamsaxurdiyanı devirən baş nazir öldü
22.01.2020
Gürcüstanın keçmiş baş naziri Tenqiz Siqua 85 yaşında vəfat edib.
Bu məlumatı Gürcüstan İctimai Televiziyası yayıb.
Qeyd edək ki, Siqua 1990-cı ilin noyabrın 15-dən 1991-ci ilin 18 avqustuna qədər Gürcüstan Nazirlər Şurasının sədri olub. Gürcüstan Prezidenti Zviad Qamsaxurdiyanın devrilməsindən sonra Siqua baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edib. 1993-cü ildə parlamentin hökumətin büdcəsini təsdiqləməkdən imtina etməsindən sonra istefaya gedib.
Siqua Qamsaxurdiyanı devirən əsas şəxslərdən biri olub.