NATO Rusiya ərazisinə “nəzər sala” bilən dronlar yaratdı
21.01.2020
Ötən həftə İtaliyadakı Siqonella aviabazasında açılışı olan ilk pilotsuz hava kəşfiyyatı sistemi Rusiyanın böyük ərazisinə nəzər salmağa imkan verəcək.
"Verdens Gang” qəzetinin məlumatına görə, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
Məlumata görə, sözügedən dronlar Rusiya Federasiyası ərazisinin 200 kilometrə qədərini görə biləcək.
Y.Stoltenberq bildirib ki, pilotsuz aparatlar NATO ölkələrinin ərazisində uçsa da, qonşu ölkələrin ərazilərində nələr baş verdiyini də müşahidə etməyə imkan verəcək.
"Bu sərhədin o tayında nə baş verdiyini daha yaxşı anlamağa yardım edəcək”, - deyə Stoltenberq qeyd edib.
Y.Stoltenberq əlavə edib ki, bu cür imkanlar NATO-da 2014-cü ildə olsaydı, o zaman Rusiyanın Krımı özünə birləşdirməsi dövrü ilə bağlı daha dəqiq informasiya almaq mümkün olardı.