21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Almaz Mustafayevanın yubileyi keçiriləcək

21.01.2020

Yanvarın 25-i saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr olunan mərasim keçiriləcək. 
Yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir. 
Teatrlaşdırılmış yubiley tədbirində aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınacaq. Yubiley mərasimində teatrın bütün kollektivi çıxış edəcək və səhnədən yubilyara təbriklər ünvanlanacaq. Həmçinin ekranda Almaz Mustafayevanın sənət fəaliyyətini əks etdirən fotolar, kadrlar nümayiş ediləcək.  
Qeyd edək ki, Almaz Mustafayeva 1949-cu il oktyabrın 1-də anadan olub. Uşaqlıqdan sənət aləminə qədəm qoyan aktrisa, "Sehirli xalat" filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib. 
Almaz Mustafayeva 1997-ci ildə "Qızıl Dərviş" mükafatına, 2013-cü ildə isə Əməkdar artist fəxri adına layiq görülüb.