Prezident Davosda iştirak edəcək
21.01.2020
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun yanvarın 22-nə təyin olunmuş "Strateji Proqnoz: Avrasiya” sessiyasında iştirak edəcək.
Media.Az-ın məlumatına görə, görüşlə bağlı müvafiq informasiya Davos Forumunun saytında yerləşdirilib.
İclas Bakı vaxtilə 13:30-14:15-də və ya Mərkəzi Avropa vaxtı ilə 10:30-11:15-də keçiriləcək.
Görüş iştirakçıları region üçün 2020-ci ildə strateji prioritetləri müzakirə edəcəklər.
Sessiyanın gündəliyinə iqtisadi imkanların yaradılması, geosiyasi gərginliklərin idarə edilməsi və texnoloji tətbiqetmənin sürətlənməsi kimi məsələlər daxil edilib.
Sessiyanın məruzəçiləri Azərbaycan Prezidenti İlham Əliyev, "Astana” Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Kayrat Kelimbetov (Qazaxıstan) və "VTBBank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin (Rusiya) olacaq.