Əfqanıstan-Pakistan sərhədində insident - 200 raket atılıb
21.01.2020
Publika.az xəbər verir ki, Əfqanıstanın sərhəd ərazisində yerləşən Kunarın Sarkanu rayonuna Pakistan tərəfindən 200 raket atılıb. Nəticədə 2 polis yaralanıb.
201 Silab Kolordu Komandanlığı İkinci Briqada komandiri Mirveyis Səfi Əfqanıstanın sərhəd nəzarəti məntəqələrini hədəf aldığını bildirib.
Səfi hücuma ikiqat cavab verildiyini deyib.