Volodin bu tarixdə İrana gedəcək
20.01.2020
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin gələn həftə İrana səfər edəcək.
Bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.
Qeyd edək ki, bundan öncə İranın Rusiyadakı səfiri Kazım Cəlali Volodinin tezliklə İrana səfər edəcəyini açıqlamışdı. O, Volodinin Tehranda İran-Rusiya parlamentlərarası komissiyanın iclasında iştirak edəcəyini bildirmişdi.