Lukaşenko yeni müdafiə naziri təyin etdi
20.01.2020
Belarus Prezidenti Aleksandr Lukaşenko yeni müdafiə naziri təyin edib.
Bu barədə "Sputnik Belarus” məlumat yayıb.
"Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün kadr məsələlərinə baxıb və yeni müdafiə naziri və Silahlı Qüvvələrin baş qərargah rəisi vəzifələrinə təyinatla bağlı qərar qəbul edib. Müdafiə naziri vəzifəsinə Qərb qoşunlarının operativ komandanlığının komandiri Viktor Xrenin, Baş qərargah rəisi vəzifəsinə isə Aleksandr Volfoviç təyin edilib”, - məlumatda qeyd olunub.