Ölkədən qaçdığı deyilən məmurun yerinə - Təyinat
20.01.2020
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Sumqayıt Nəqliyyat MMC-nin direktoru vəzifəsinə müvəqqəti təyinat olub.
Dövran Media Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Rauf Hüseynova həvalə edilib.
O, indiyə qədər "Sumqayıt Nəqliyyat”ın direktor müavini olub və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş Xannı Rüstəmovu əvəzləyib.
Qeyd edək ki, bir müddət əvvəl X.Rüstəmovun ölkədən qaçdığı barədə məlumatlar yayılmışdı.