21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tiflis ABŞ-ın keçirdiyi sorğunu tənqid etdi

18.01.2020

Gürcüstanda ictimai fikrin tədqiqatı siyasi prosesin bir hissəsidir.
Bunu Gürcüstan Baş naziri Georgi Qaxariya ABŞ Milli Demokratiya İnstitutunun sorğusunu şərh edərkən deyib.
"Açığını desəm, fərqli tədqiqatlar müəyyən analiz üçün əsas olmaq yerinə, siyasi prosesin bir hissəsinə çevriliblər. Ona görə də mən bu tədqiqatlarla bağlı heç nə deyə bilmərəm", - deyə o bildirib.
Qeyd edək ki, Milli Demokratiya İnstitutunun keçirdiyi sorğuya əsasən, Gürcüstanda demokratiyanın keyfiyyətindən narazı olanların sayı rekord həddə çatıb. Hökumətdən narazıların da sayı maksimuma yüksəlib.