22:51:20 11 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Merkel Türkiyəyə səfər edəcək

17.01.2020

Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edəcək.
Bu barədə bu gün Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, səfər yanvar ayının 24-də baş tutacaq.
Ş. Zaybert qeyd edib ki, səfər çərçivəsində A. Merkel Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək, görüşdən sonra Almaniya və Türkiyə liderləri mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Səfər zamanı A. Merkelin Almaniya-Türkiyə ticarət palatasının dəvəti ilə işgüzar dairələrin nümayəndələri ilə də görüşü planlaşdırılır.
Eyni zamanda Almaniya kansleri Türkiyə Prezidenti ilə birlikdə Türk-Alman Universitetinin kampusunun açılış mərasimində iştirak edəcək.
Xatırladaq ki, yanvarın 19-da Almaniyanın paytaxtı Berlində Liviya ilə bağlı keçiriləcək sammitə Türkiyə Prezidenti də qatılacaq.