21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

3 istiqamət üzrə yol yenidən quruldu

17.01.2020

Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılıb.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Axar.az-a verilən məlumata əsasən, yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun 20 km-lik hissəsi III, 12.9 km-lik hissəsi isə IV texniki dərəcəli olmaqla uzunluğu 32.9 km-dir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulub, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranıb. Bundan başqa mövcud suötürücü boruların başlıqları istismara yaramadığından, yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu.
Sadalanan problemləri aradan qaldırılması üçün hazırda avtomobil yolu 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulub. Bu 20 km uzunluğa malik yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli, həmçinin 7.9 km-lik Zəyəm-Şiştəpə və 5 km-lik Bayramlı avtomobil yollarıdır.
Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayaramlı avtomobil yolunun Şəmkir-Zəyəm-Düyərli hissəsində III texniki dərəcəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü mexanizmlə sökülüb daşınıb, yolun texniki parametirlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılıb, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilib, düyərli kəndinin içərisində və yol boyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 288 paqon-metr metal və dəmir-beton borular quraşdırılıb.
Bundan başqa yolun Şəmkir-Zəyəm-Düyərli hissəsində yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri aparılıb, daha sonra yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Zəyəm qəsəbəsində 1.3 km uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Layihə üzrə sözügedən hissədə Qanlı Qobu çayı üzərində 36.3 metr uzunluğunda olan 2 aşırımlı və Cəyirçay üzərində 54.3 metr uzunluğa malik 3 aşırımlı körpülər əsaslı şəkildə təmiri edilib.
Anoloji işlər yolun IV texniki dərəcəli 7.9 km-lik Zəyəm-Şiştəpə və 5 km-lik Bayramlı hissələrində də aparılıb. Belə ki, mövcud örtük mexanizmlə sökülüb, yolun normativ eninin alınması və deformasiyaya uğramış torpaq yatağının qazılmış hissələrinin doldurulması üçün xüsusi qrup qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib. Daha sonra yollar boyu layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının inşası işləri aparılıb
Buna paralel olaraq istismara yararsız borular çıxarılıb, əvəzinə müxtəlif diametrlərə malik 258 paqon-metr metal və dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb izolyasiya olunub, 4280 paqon-metr uzunluğunda olan küvetlər təmizlənib.
Bu işlərin ardınca yolların asfaltlanması işlərinə start verilib və 300 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 158 yol nişanı, 1440 siqnal dirəkləri, həmçinin 66 km göstəricisi quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib.
Yenidənqurma işləri "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışıb.
Qeyd edək ki, Şəmkir-Zəyəm-Düyərli, Zəyəm-Şiştəpə və Bayramlı avtomobil yollarının yenidən qurulması ilə 85 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşıb, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edib, yük və sərnişin daşıması xeyli asanlaşıb.