Gömrük sisteminin TARİXİ
14.05.2018
"Dövran Media” BillionNew.ruya istinadən xəbər verir ki, gömrüyün əsrlər əvvəl yarandığı məlum olub. Müasir gömrük xidmətinin yaxşı işlənmiş qaydaları və iş sxemləri olsa da, gömrük xidmətlərinin keçdiyi iş prinsipləri ötən minilliklərdə demək olar hec dəyişməyib. Hesab edirlər ki, birinci gömrük məntəqəsi qədim Palmira ərazisindəki bir yerdə olub. Burada arxeoloqlar qazıntılar zamanı böyük bir daş tapıblar. Belə ki, onun üzərinə gətirilən və cıxarılan mallardan tutulmuş vergi siyahısı həkk olunub. Burada müxtəlif malların adı olub - balıq, parça, taxıl və s. Şəhərin sərhəddindən keçərkən tacirlər razılaşdırılmış pul vəsaitlərini xəzinəyə ödədikdən sonra şəhərdə alver edə bilər və ya gömrük qanunvericiliyinə görə nəzarətdə olan məhsulları şəhər hüdudlarından kənara çıxara bilərdilər.