Ərdoğan: Dünya müharibəsinin astanasındayıq
14.05.2018
ABŞ Yaxın Şərqdəki münaqişələrlə bağlı vasitəçilik statusundan məhrum olub.
"Dövran Media" bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyi məsələsini şərh edərkən deyib.
"Yaxın Şərqdəki münaqişələrin həllində yardımçı olmaq əvəzinə, ABŞ özü bu problemin tərkib hissəsi olub. Buna görə Vaşinqton vasitəçilik statusundan məhrum olub.
Bəşəriyyət yeni dünya müharibəsinin astanasındadır”, - Ərdoğan qeyd edib.
R.T.Ərdoğan hazırda İsrailin Suriya torpaqlarına 50-ə yaxın raket zərbəsi endirdiyini də xatırladıb: "Bu, bölgədə savaş təhrikidir. İsrail onsuz da bu bölgədə mütəmadi olaraq terrora əl atır. İndi atılan bu addım da yenə terror tipli bir addımdır. Bunları anlayışla qarşılamaq mümkün deyil. Bu raketlər niyə atılır, nə etmək istəyirlər?”.