Rusiya səfirliyi nəzarətə alındı
16.01.2020
Rusiyanın Livanın paytaxtı Beyrutdakı səfirliyinin binasının olduğu ərazi nəzarət altına alınıb.
Xəbər verildiyi kimi, Livan ordusu və polisi kütləvi qarışıqlıqların baş verdiyi ərazini bloklayıb.
Etirazçılar ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, daha əvvəl isə səfirlik binasının yerləşdiyi ərazidə polislə etirazçılar arasında toqquşma olduğu və içərilərində polis əməkdaşları da olmaqla 35 nəfərin xəsarət aldığı bildirilmişdi.