21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şimali İrlandiyaya 2 milyard funt sterlinq vəsait ayırılıb

16.01.2020

Böyük Britaniya hökuməti Şimali İrlandiya hökumətinə 2 milyard funt sterlinq vəsait ayırıb.
Baş Nazir Boris Consonla aparılan danışıqlar zamanı Şimali İrlandiya və Britaniya arasında qurulacaq yeni münasibətlər müzakirə olunub. O, Demokratik Birlik və Şinn Feyn partiyalarının kompromis etməsini alqışladığını bildirib.
Şimali İrlandiyada yenidən qurulan hökumət problemlərin aradan qaldırılması üçün Britaniyanın maddi dəstəyini qəbul edib. Verilən məbləğ ictimai xidmətlərin dəyişdirilməsinə, tibb bacılarının maaş mübahisəsinə son qoyulmasına sərf olunacaq. Şimali İrlandiyada tibb bacıları əmək haqqının azlığını əsas gətirərək dəfələrlə mitinq təşkil edib.
Xatırladaq ki, Şimali İrlandiya və Britaniya hökumətləri arasında imzalanan müqaviləyə əsasən bölgədə yenidən regional məclis qurulacaq.