2 min döyüşçü Liviyaya göndərilib
16.01.2020
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun iki min döyüşçüsü Liviyaya yollanıb.
Xarici KİV-lər xəbər verir ki, məlumatı hər üç ölkədəki müxtəlif mənbələr təsdiqləyib.
Qeyd olunur ki, suriyalı döyüşçülər Türkiyənin BMT tərəfindən dəstəklənən Liviya Baş naziri Fayez əl-Sərraca dəstəyi çərçivəsində bölgəyə göndərilib.