Iranda yenə bədbəxt hadisə - xeyli ölən və yaralanan var
15.01.2020
İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Bərdsir rayonunda Məşhəd-Bəndər Abbas avtobusunun aşması nəticəsində 7 nəfər həlak olub.
Xəbər verildiyi kimi, bunu İranın Kirman vilayətinin Fövqəladə Hallar və Təcili Tibbi Yardımlar üzrə Mərkəzinin direktoru Məhəmməd Saberi deyib.
O bildirib ki, həlak olanların 5-i qadın, ikisi isə kişidir. Mərkəz rəsmisi hadisə nəticəsində 31 nəfərin yaralandığını deyib.
Saberi əlavə edib ki, yaralılar xəstəxanalara yerləşdiriliblər və onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisənin yolun qarlı və sürüşkən olması nəticəsində baş verdiyi bildirilir. Xatırladaq ki, 9 yanvarda İra