Rauf Məmmədov - Pavel Eltanov: 0,5 : 0,5
15.01.2020
Rauf Məmmədov Veyk-an Zeedə daha bir heç-heçəyə imza atıb
Yanvarın 14-də Veyk-an Zee şahmat festivalının ("Tata Steel Chess 2020”) dördüncü turunun oyunları keçirilib.
Turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədov növbəti turda Ukrayna təmsilçisi Pavel Eltanovla heç-heçə edib.
Qeyd edək ki, şahmatçımızın 3-cü turda yarışın favoriti, ispaniyalı Anton Guijarla oyununda da bərabərlik qeydə alınmışdı. Təmsilçimiz ötən 4 turun nəticəsinə görə 2,5 xal qazanıb. O, bu göstərici ilə 2 və 5-ci yerləri bölüşür.