Narkoloji Mərkəzin baş direktoru işdən çıxarıldı - yeni təyinat
14.01.2020
Səhiyyə naziri Oqtay Şirəliyevin 14.01.2020-ci il tarixli əmrinə əsasən, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Xəbər verildiyi kimi, Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.