Cənubi Koreyada Baş nazir dəyişdi
14.01.2020
Xəbər verildiyi kimi, dövlət başçısı Mun Cay sabiq parlament sədri Çunq Si-Kyunu yeni Baş nazir təyin edib.
"Yonhap" agentliyinin xəbərinə görə, Mun mətbuata verdiyi açıqlamada Baş nazirə daha böyük səlahiyyətlər və ixtiyar verəcəyini deyib.
Qeyd edək ki, Si-Kyun 2018-ci ilə qədər 2 il parlamentə sədrlik edib.