Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsinin 20-ci ildönümü münasibətilə Kremlin mətbuat xidməti indiyədək gizli saxlanılan bəzi özəl görüntüləri yayımlayıb.
Görüntülər içərisində Putinin keçmiş ABŞ prezidenti Corc Buşla birgə rəqsi maraqla qarşılanıb.
2008-ci ildə aprelin 6-da Soçidə Putinlə görüşən Buşun şərəfinə verilən şam yeməyi zamanı Rusiyanın etnik mahnılarından olan "Madam madam” adlı mahnının sədaları altında rəqs edən qadınlara prezidentlər də qoşulub.
Balalayka simli musiqi alətinin müşayiəti ilə ifa olunan mahnıya oynayan Putinlə Buş bir-birini təbrik edərək masalarına qayıdıblar.