Prezidentdən nazirə sərt irad: "Mən sadə sual verirəm, sən isə..." - VİDEO
14.01.2020
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə maliyyə naziri Samir Şərifov hesabat verərkən, dövlət başçısı nazirdən xarici borcun azaldılması üçün nə qədər vəsaitin nəzərdə tutulduğunu soruşub. Samir Şərifov isə suala konkret cavab verməyib. Bu zaman Prezident nazirə irad tutaraq "Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa" deyərək, ondan cavabı konkretləşdirməsini istəyib.