23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“İran İnternəşnl”dan təxribat - Azərbaycana, Türkiyəyə qarşı

14.01.2020

Xaricdə fəaliyyət göstərən "İran İnternəşnl” (Iran International) telekanalında Azərbaycan və qonşu ölkələrin ərazi bütövlüyünü sual altına alan görüntü efirə gedib.
Xəbər verildiyi kimi, sözügedən telekanala İran Kürdüstan Demokrat Partiyasının rəhbər şəxslərindən biri dəvət edilib və fona "Kürdüstan bayrağı”nın təsviri yerləşdirilib. Görüntüdəki "bayraq” Güney və Quzey Azərbaycan, Türkiyə, İraq, Suriya və hətta Gürcüstanın da bir hissəsini əhatə edib.
Güneyli fəallar bunu sözügedən ölkələrin ərazi bütövlüyünün pozulması kimi qiymətləndiriblər.
Qeyd edək ki, "İran İnternəşnl” telekanalının panfarsizm ideyalarını təbliğ etdiyi və bölgədəki türk millətinin milli mənafeyinin əleyhinə fəaliyyət göstərdiyi bildirilib.