Namizədliyi qeydə alınmış 19 yaşlı tələbə
14.01.2020
Fevralın 9-da parlamentə keçiriləcək seçkilərdə qeydə alınan ən gənc namizədin 19 yaşı var.
Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən dairələr üzrə namizədlərin məlumatlarında Ömər Elşən oğlu Mirzəzadənin ən gənc namizəd olduğu üzə çıxıb. 17.06.2001-ci il təvəllüdlü Ö.Mirzəzadənin namizədliyi 46 saylı Şirvan seçki dairəsindən qeydə alınıb. O, hazırda tələbədir.
Digər 19 yaşlı namizəd isə Nihad Vasif oğlu Veysovdur. 21.04.2001-ci il təvəllüdlü N.Veysov 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyini irəli sürüb.