Süleymaninin qətlinin müzakirəsi: Pompeo qatılmadı
14.01.2020
ABŞ Dövlət katibi Mayk Pompeo İranla münasibətlər və Qasım Süleymaninin ölümüylə bağlı Konqresdə keçirilən dinləmələrdə iştirakdan imtina edib.
Bunu Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Eliot Engel deyib. Engel Pompeonun dinləmələrə keçən həftə dəvət edildiyini bildirib.
O, Pompeonun hazırda Kaliforniyada olduğunu deyib.