Belarus Moskva ilə razılığa gəlmədi
13.01.2020
Belarus və Rusiya antiinhisar idarəsi rus neftinin Belarus ərazisindən tranziti ilə bağlı tarif barədə razılıq əldə edə bilməyib.
Bunu Belarus Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi yayıb. Nazirlik danışıqların yaxın zamanlarda davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, bundan öncə tərəflər neft tranziti ilə bağlı məsələni yanvarın 15-nə qədər həll etmək barədə razılığa gəlmişdilər.