Bakıda keçidlərin eskalatorları təmir edilir
13.01.2020
Ötən il ərzində sıradan çıxmış yeratı və yerüstü keçidlərin 43 eskalatoru təmir edilərək işlək vəziyyətə salınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirib ki, yeraltı və yerüstü piyada keçidlərinin sıradan çıxmış eskalatorları yerində təmiri mümkün olduğu təqdirdə təmir briqadaları tərəfindən qısa müddət ərzində işlək vəziyyətə salınır.
Təmiri mümkün deyilsə, ehtiyat hissəsi xaricdən sifariş verilir. Sifariş çatdırılan kimi isə eskalatorlar təmir olunur.
2020-ci ilin əvvəlindən "Azneft dairəsi” və "Sahil” metrostansiyası yaxınlığında, həmçinin Bayıl qəsəbəsində yerləşən piyada keçidlərinin sıradan çıxmış eskalatorları təmir edilib.
Hazırda anoloji işlər bu kimi problemlər yaşanan digər keçidlərdə də aparılır.