2000-dək müşahidəçi qeydiyyatdan keçib - Məzahir Pənahov
13.01.2020
"İndiyə qədər Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2000-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı müsbət cavab alıb”.
Bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, qeydiyyatdan keçənlərin 1630 nəfəri yerli müşahidəçidir: "Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assembleyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi davam edir”.