Bakı-Lvov təyyarəsi havaya qalxa bilmədi - Açıqlama
13.01.2020
Uçuş təxirə salınmayıb. Sərnişinlər yeni təyyarə ilə uçacaqlar.
Bu barədə bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Eyrveys" şirkətinə məxsus təyyarənin havaya qalxa bilməməsi barədə danışan Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
O əlavə edib ki, uçuşun baş tutmaması texniki səbəblərlə əlaqədardır və hazırda təyyarə dəyişdirilir:
"Sərnişinlər həmin təyyarədən endirilib başqa təyyarə yönləndiriliblər. Uçuş təxirə salınmayıb. Plan üzrə yeni təyyarə saat 10:45-də qalxacaq”.
P.Kəsəmənski bildirib ki, sərnişinlərin yola salınacağı yeni təyyarə də "Buta Eyrveys" şirkətinə məxsusdur.
Qeyd edək ki, bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Eyrveys" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib. "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.