ABŞ-da Süleymaninin ölümü ilə bağlı SORĞU
13.01.2020
Amerikalıların əksəriyyəti ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətindən narazıdırlar.
Bu, "İpsos” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçıları Qasım Süleymaninin ölümündən sonra ABŞ-ın təhlükəsizliyinə təhdid yarandığı bildiriblər.
Məlumata görə, 56% respondent Trampın fəaliyyətindən narazı olduğunu ifadə edib. Süleymaninin ölümünün ABŞ üçün təhlükəsizlik yaratdığını düşünənlər respondentlərin cəmi 25%-ni təşkil edib.
ABŞ-ın İrana qarşı genişmiqyaslı müharibədə iştirak imkanlarından respondentlərin 32%-i çox narahat olduğunu bildirib. 20% şəxs, ümumiyyətlə, müharibədən narahat olmadığını bəyan edib.