Qətər əmiri İrana getdi - Ruhani ilə görüş
12.01.2020
Qətər əmiri Təmim bin Həməd əs-Sani İrana səfərə gedib.
Bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, əmir bu gün axşam saatlarında İran Prezidenti Həsən Ruhani ilə görüşəcək.
Tərəflər ikitərəfli münasibətləri, regionda baş verən hadisələri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələri müzakirə edəcəklər.
Qeyd edək ki, SEPAH-ın Qüds briqadasının komandanı general Qasım Süleymaninin öldürülməsindən dərhal sonra Qətərin xarici işlər naziri İrana səfər etmişdi.