"Barselona"da Suarez şoku
12.01.2020
"Barselona"nın hücumçusu Luis Suarez əməliyyat olunacaq.
Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bir neçə həftədi dizində ağrılar olan uruqvaylı futbolçu, bu gün əməliyyat olunacaq. 32 yaşlı hücumçunun son durumu əməliyyatdan sonra açıqlanacaq.
İspaniya mətbuatının xəbərinə görə, Suarez 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Suarez may ayının əvvəlində zədələnmiş və dizindən əməliyyat olunmuşdu.