Artıq İran üzərindən uçmayacağıq - Ukrayna
11.01.2020
Ukrayna təyyarələri artıq İran üzərindən uçmayacaq.
Bu barədə Ukrayna Beynəlxalq Hava Yolları (UBHY) məlumat yayıb. Açıqlamada Ukrayna təyyarələrinin marşrutunun dəyişdirildiyi qeyd edilib.
Hava Yolları sözçüsü vurulan sərnişin təyyarəsinin marşrutunun sonradan dəyişdirilməsi ilə bağlı iddiaları rədd edib və İranın hava sahəsini bağlaması gərəkdiyini deyib.
Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.
Bununla bağlı artıq bir çox ölkə İran üzərindən uçuşlardam imtina edib.