SEPAH: Ukrayna təyyarəsini biz vurmuşuq
11.01.2020
İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukrayna təyyarəsinin qəzasına görə bütün məsuliyyəti üzərinə götürür.
Bunu SEPAH-ın Hərbi Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə deyib.
"Biz buna görə bütün məsuliyyəti üzərimizə götürürük. Hakimiyyət hansı qərarı qəbul etsə, ona tabe olacağıq”, - deyə o bildirib.