Xamenei iclas keçirdi: İctimaiyyətə açılsın!
11.01.2020
İran Ali Dini lideri Əli Xamenei hökumətə Ukrayna təyyarəsinin vurulmasıyla bağlı təhqiqatın nəticələrini ictimaiyyətə açılmasıyla bağlı tapşırıq verib.
Bu məlumatı İranın Dövlət Televiziyası İRİB yayıb. Televiziya Xameneinin təyyarənin vurulmasından dərhal sonra fövqəladə iclas çağırdığını və bu barədə tapşırığı bu iclasda verdiyini bildirib.
Qeyd edək ki, bundan öncə İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.