Omanın yeni sultanı odur
11.01.2020
Omanın yeni sultanı bəlli olub.
Ötən gecə vəfat etmiş sultan Kabus bin Səidin yerinə onun əmisi oğlu, ölkənin Mədəniyyət naziri Heysəm bin Tariq əl-Səid taxta çıxıb.
Qeyd edək ki, vəfat etmiş sultanın övladları olmadığı üçün vərəsəlik onun qohumlarına keçib.
Xatırladaq ki, Kabus bin Səid uzun sürən xəstəlikdən sonra ötən gün 79 yaşında dünyasını dəyişib.