23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AzərbaycanınTürkiyədəki səsi olmaq fəxrdir: CHP-li Atilla Sertel

13.05.2018

"Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı yüz illər əvvələ söykənir və bu dostluq, qardaşlıq siyasətdən üstündür”.
Bu sözləri Cümhuriyyət Xalq Partiyasını (CHP) Türkiyə Millət Məclisində təmsil edən deputat Atilla Sertel deyib.
"İki dövlət, tək millət anlaşı mənim üçün olduğu qədər Türkiyə xalqı üçün də əsla dəyişilməyəcək. Azərbaycanda çox olmuşam, xeyli dostum var. Hər dəfə gedəndə dostluqdan, qonaqpərvərlikdək başqa bir şey görmədim. Bu səbəbdən də Azərbaycanla olan şəxşi əlaqələrim də çox güclüdür. Azərbaycan xalqının Türkiyədəki, Türkiyə Böyük Millət Məclisindəki səsi olmaq mənim üçün fəxrdir”.
24 iyunda Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərindən danışan A.Sertel deyib ki, bu seçkilər partiya məsələsi olmaqdan çıxıb.
"Bizim tək davamız Türkiyə, vətənimizin bölünməz bütünlüyü, xalqımızın müstəqil və rahatlıqla yaşamasıdır. Çünki 16 ildir iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) ölkəni idarəolunmaz bir nöqtəyə gətirib və iqtidar olduğu halda növbədənkənar seçki qərarı alıb. Hökumətdəki, Məclisdəki çoxluq onlararın olmasına rəğmən, iqtisadiyyatdakı mənfi gedişat, kəndlinin, iş adamının, qadının, kişinin, gəncinin, yaşlının artan sıxıntıları və əhalinin haqlı üsyanı səbəbilə AKP iqtidarı ölkəni növbədənkənar seçkiyə apardı. Üstəlik bu qərarı "Növbədənkənar seçki ölkəyə xəyanətdir” deyən prezident təkbaşına verib. Növbədənkənar seçki qərarından öz millət vəkillərinin belə xəbəri olmayıb, qərarı televiziyalardan öyrəniblər. Türkiyə artıq tək adam rejiminə "Tamam!” deyəcək, bu seçkilərdə "Demokratiya” və "Diktatorluq” səsə qoyulacaq. Türk xalqı da seçimini demokratiyaya verəcək və artıq "Tamam!” deyəcək. Bu səbəblə Türkiyədəki seçkilər bir partiya məsələsi olmaqdan çıxıb. Önəmli olan demokratiyanın, azadlığın qazanmasıdır. 25 iyundan etibarən Türkiyə yenidən müstəqillik və demokratiyaya qayıdacaq. Xalqımıza güvənirik, bundan əminik”.
Seçkilərdə hansı partiyanın daha çox səs toplaya biləcəyindən danışan millət vəkili AKP-nin qopma və çökmə prosesində olduğunu vurğulayıb.
"Bu seçkilər AKP-nin gedişini 16 ay əvvələ çəkdi. Seçkilər 2019-da keçirilsəydi AKP iqtidarı gedəcəkdi. Növbətənkənar seçkilərlə daha erkən gedəcəklər. Bunu sadəcə biz demirik. Türkiyədəki ictimai sorğulara, anketlərə baxdığımız zaman bunu dəqiqliklə görürük. AKP əridiyi üçün Milliyətçi Hərəkət Partiyası (MHP) ilə ittifaqa girib. Ancaq 1+1 hər zaman 2 etmədiyi kimi, AKP və MHP ittifaqı da iki etməyəcək.
Türkiyədəki araşdırmalara görə, Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyasının dördlü "Millət” İttifaqı və Xalqların Demokratik Partiyasının (HDP), yəni müxalifətin alacağı səs 60 faizə yaxın görünür. Buna qarşı AKP, MHP və Böyük Birlik Partiyası (BBP) ittifaqının toplayacaağı səs 42 faizdir. Türkiyə 25 iyun sabahından etibarən tək adam hegemonyasından, insanların qütbləşməsindən, kənarlaşmasından bir daha yaşamamaq üzrə qurtulacaq. Demokratiyanın və müstəqilliyin üzərinə sanki bir qarabasan kimi çökən AKP, həm prezidentlikdə məğlub olacaq, həm də Böyük Millət Məclisində müxalifətə düşəcəklər. Bu görünən bir gerçəklikdir”.