İran: ABŞ özünü İŞİD kimi aparır
11.01.2020
ABŞ İranın qədim mədəni abidələrini təhdid etməklə özünü İŞİD terror təşkilatı kimi aparır.
Bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
"ABŞ-ın davranışı İŞİD-in davranışına bənzəyir. Onlar İŞİD kimi min il tarixi olan mədəni irsini məhv etməklə təhdid edirlər. ABŞ-ın birtərəfli fəaliyyəti dağıdıcı xarakter daşıyır və beynəlxalq hüquqa mənfi təsir göstərir. Əgər digər ölkələr belə siyasətə müqavimət göstərməyə başlamasalar onlar yüksək qiymət ödəyəcəklər”, - deyə o bildirib.