Tramp: İran dörd səfirliyə hücum edəcəkdi
11.01.2020
Prezident Donald Tramp iranlı general Qasım Süleymaninin öldürüldüyü ərəfədə ABŞ-ın dörd səfirliyinə hücum planlaşdırıldığını iddia edib.
Tramp bu barədə "Fox News”a müsahibəsində bildirib.
O qeyd edib ki, həmin ərəfədə İran genişmiqyaslı hücum planlaşdırıb: "Bunu açıq deyə bilərəm. Fikrimcə, bu hücum ABŞ-ın dörd səfirliyini əhatə edəcəkdi”.
Tramp İran tərəfindən hücum planlaşdırılan ABŞ-ın səfirliklərindən birinin Bağdadda olduğunu desə də, digər diplomatik nümayəndəliklərin adını açıqlamayıb.