Aqil Abbas deputatlığa namizəd olmasından danışdı
10.01.2020
Dekabrın əvvəlində növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət etmişdim.
Bu sözləri açıqlamasında V çağırış Milli Məclisin deputatı Aqil Abbas deyib.
"2019-cu il dekabrın əvvəli imza vərəqlərini götürdüm, dekabrın 30-da isə vərəqələri təhvil verdim. Bu ilin yanvar ayının 2-də isə namizədliyim MSK tərəfindən təsdiqləndi”, - o bildirib.
Qeyd edək ki, yazıçı-jurnalist Aqil Abbasın 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizədliyini irəli sürdüyünü yazmışdı.