İranda partlayan təyyarə bir gün öncə İrəvanda olub - Terakt?
10.01.2020
İran ərazisində qəzaya uğrayan sərnişin təyarəsinin 1 gün əvvəl İrəvan hava limanında olması barədə məlumat yayılıb.
Qəzadan bir gün əvvəl "Boinq 737” təyarəsi "Kiyev-İrəvan” reysi ilə Ermənistanda eniş edib. Səhərsi gün saat 02:37-də isə İrəvandan havaya qalxıb.
Qeyd edək ki, aviaekspert, "FrequentFlyers” portalının baş redaktoru İlya Şatilin Axar.az-a açıqlamasında qeyd edib ki, araşdırılan versiyalarında biri də təyarənin göyərtəsində qabaqcadan yerləşdirilmiş bomba olmasıdır: "Belə bir ehtimal da mövcuddur ki, partlayıcı öncədən göyərtədə olub”.