Nərminin qatili tək o deyil - Əmisi yeni faktlar açıqladı
10.01.2020
Nərmini qətlə yetirən İlkin Süleymanova başqaları da kömək edib.
Bu sözləri açıqlamasında Nərminin əmisi Lətif Quliyev deyib. O bildirib ki, hadisənin təfərrüatı barədə onlara tam məlumat verilməyib:
"İlkin Süleymanova başqaları da kömək edib. Sabah və yaxud biri gün daha geniş məlumat açıqlanacaq. Bizdə Nərminin dəqiq nə zaman və nə səbəbə öldürülüməsi, niyə yandırılması barədə məlumat yoxdur. Ancaq bildiriblər ki, İ.Süleymanovdan başqa şübhəlilər də var. Hazırda istintaq o istiqamətdə gedir”.
Qeyd edək ki, az öncə Baş Prokurorluq və DİN birgə bəyanat yayaraq, Nərmin Quliyevanın qətlində şübhəli bilinən qonşusu İlkin Süleymanovun saxlanıldığını və onun qətli etiraf etdiyini açıqlayıb.
İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.