ABŞ SEPAH-ın mövqelərini bombaladı
10.01.2020
ABŞ-ın rəhbərlik etdiyi İŞİD terror təşkilatına qarşı mübarizə koalisiyası Suriyanın Deyr-əz-Zor şəhərində məskunlaşmış İran dəstəkli Hizbullah terror təşkilatının mövqelərinə aviazərbələr endirib.
Xəbər verildiyi kimi, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qeyri-rəsmi komandanlığındakı terrorçu qruplaşmanın 4 tankı məhv edilib, bəzi silahlı ünsürlər zərərsizləşdirilib.
Koalisiya təyyarələri həmin qruplaşmalar üzərində kəşfiyyat uçuşlarını intensivləşdirib.