21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Erməni həkimə cinayət işi açıldı - Moskvada

10.01.2020

Moskvada erməni əsilli həkim Marina Sarmosyan barəsində cinayət işi açılıb.
"Dövran Media"Azərtac-a istinadən xəbər verir ki, Moskvadakı 27 saylı Doğum evinin baş həkimi Marina Sarmosyan barəsində cinayət işi açılıb. O, qadağan edilmiş doğuş metodundan istifadə etməkdə təqsirli bilinir.
Cinayət işinin materiallarına əsasən, Sarmosyanın rəhbərlik etdiyi tibb müəssisəsində son zamanlar doğuşa səhv yanaşma nəticəsində bir körpə ölüb, üç körpə isə zədəli doğulub, onlardan biri hələ də koma vəziyyətindədir. Doğum evində qadağan edilmiş "Kristeller” – dölün sıxılaraq ana bətnindən çıxarılması metodundan istifadə edilib.
"Bizness FM” radiostansiyasının məlumatına görə, M.Sarmosyan xəstəxanaya bir il əvvəl baş həkim təyin edilib və dərhal erməni milliyyətindən olan tibb personalını ətrafına toplayıb. Əvvəlki peşəkar həkim briqadasını isə xəstəxanadan uzaqlaşdırıb.