Süleymani açıqlaması: Vaxt yox idi...
10.01.2020
ABŞ administrasiyası general Qasım Süleymaninin öldürülməsi əməliyyatı ilə bağlı məlumatın jurnalistlərin əlinə keçməməsi üçün Konqresdəki Demokratlar Partiyasının nümayəndələrini xəbərdar etməyib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ohayodakı çıxışında deyib.
"Radikal sol demokratlar bu terrorçunun öldürülməsinə narazılığını bildirirlər. Onlar ən yaxşısı Süleymaninin cinayətlərinə etiraz edərdi. Ağılsız Berni Sanders əsəbi Nensi Pelosi (Nümayəndələr Palatasının sədri) ilə ABŞ-ın Sülüymaniyə endirdiyi zərbələri müzakirə edib. Onlar deyib ki, siz gərək Konqresi məlumatlandırmalı, bizə xəbər verməli idiniz və biz də bu barədə yalançı KİV-ə məlumat ötürəydik. Biz qərarı verdik, amma Nensiyə zəng etməyə vaxt yox idi”, - Tramp bildirib.